Bank Of Baku

Azərbaycanda məcmu bank aktivləri ötən il 53% artıb

Azərbaycanda məcmu bank aktivləri ötən il 53% artıb
# 13 mart 2009 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 10,274 mlrd. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji yekun göstəricisi ilə müqayisədə 52,8% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına dair hazırladığı hesabatında bildirilir.
Hesabata əsasən, ötən il ərzində bankların məcmu kapitalı 47,9% artaraq 1,492 mlrd. manata, real sektora verilən kreditlərin həcmi isə 53,5% artaraq 6,988 mlrd. manata çatıb. Həmçinin, ötən il ərzində banklar tərəfindən verilən kreditlərdə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2,2%-ə bərabər olub.
Bu müddət ərzində banklar tərəfindən əhalidən cəlb olunan əmanətlərin həcmi 29,6% artaraq 1,904 mlrd. manata, o cümlədən müddətli əmanətlər 27% artaraq genişlənərək 1,437 mlrd. manata çatıb.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə ölkədə fəaliyyət göstərən bank təşkilatlarının xarici borcu 2,074 mlrd. manat təşkil edib və bu, 2007-ci ilin yekunları ilə müqayisədə 78,2% çoxdur. Bu müddət ərzində bankların likvid aktivləri 66,4% artaraq 2009-cu ilin əvvəlinə 2,230 mlrd. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR