Bank Of Baku

«Əmrahbank» ilin əvvəlindən aktivlərini 2% artırıb

«Əmrahbank» ilin əvvəlindən aktivlərini 2% artırıb
# 13 mart 2009 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 63,688 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 2,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən bankın kredit portfeli 1,5% artaraq 40,182 mln. manata, depozit portfeli isə 2,1% genişlənərək 33,380 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 1,9% artaraq 22,195 mln. manat, o cümlədən nizamnamə kapitalı isə sabit qalaraq 12,821 mln. manat təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən bankın gəlirləri 1,867 mln. manat, xərcləri isə 1,579 mln. manat, mənfəəti isə 0,288 mln. manat olub.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 22 filialı, 2 mübadilə məntəqəsi, 12 bankomatı və 34 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR