Bank Of Baku

Azərbaycanın 2008-ci il icmal büdcəsinin profisiti 7,2 mlrd. manat təşkil edib

Azərbaycanın 2008-ci il icmal büdcəsinin profisiti 7,2 mlrd. manat təşkil edib
# 13 mart 2009 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il icmal büdcəsinin gəlirləri 19 433 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,4 dəfə, proqnozdan isə 11,3% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatında deyilir.
Hesabata əsasən, icmal büdcəsinin xərcləri 12 283,9 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 66,2% çoxdur, proqnozdan isə 3,8% azdır. Beləliklə, 2008-ci ilin icmal büdcəsinin faktiki profisiti proqnozlaşdırılmış göstəricidən 52,4% artıq olmaqla 7 149,1 mln. manata bərabər olub.
Qeyd edək ki, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcəsinin kəsiri 4 715,5 mln. manat təşkil edib və bu, müvafiq proqnoza nisbətən 13,6% azdır.

Azərbaycanın icmal büdcəsi barədə məlumat

(mln. man.)


 

2008-ci il (fakt) 

2008-ci il  (proqnoz)

2007-ci il

2008-ci ilin 2007-ci ilə nisbəti (%)

Gəlirlər 

19 433 

17 464,7 

8 069,4 

240,8 

Xərclər 

12 283,9 

12 774,1 

7 389,2 

166,2 

Profisit (kəsir) 

7 149,1 

4 690,6 

680,2 

1051,2 

İcmal büdcənin kəsiri (ARDNF-in gəlirləri nəzərə alınmadan)

 

- 4 715,5 

 

- 5 454,1 

 

- 1 206 

 

391 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR