Bank Of Baku

«Paşa Bank» Mütəşəkkil Banklararası Kredit Bazarının yeni market-meykeri olub

«Paşa Bank» Mütəşəkkil Banklararası Kredit Bazarının yeni market-meykeri olub
# 13 mart 2009 09:14 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nə Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) market-meyker statusu verilib. Bu barədə «APA-Economics»ə Bakı Banklararası Valyuta Birjasından (BBVB) məlumat verilib.

Yeni bankın BBVB-nin elektron ticarət sistemində fəaliyyət göstərən pul bazarında market-meyker olması haqqında qərar MBKB-nin işçi qrupunun son iclasında qəbul edilib. Yeni bankın mütəşəkkil pul bazarının market-meykerləri sırasına daxil olması onun elan etdiyi müxtəlif kredit alətləri üzrə faiz dərəcələrinin BakiBOR və BakİBİD indikativ göstəricilərinin formalaşmasında, eləcə də birja elektron sistemində likvidliyin təmin olunmasında iştirak etməsini nəzərdə tutur.
Xatırladaq ki, «Paşa Bank»la bərabər BBVB-nin pul bazarında market-meykerlər sırasına banklararası kredit bazarında önəmli paya malik olan daha 9 bank daxildir.

Qeyd edək ki, birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) indikatorları pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 198,254 mln. manat, kredit portfeli 44,403 mln. manat, məcmu kapitalı isə 109,706 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR