Bank Of Baku

Azərbaycanın 2008-ci il dövlət büdcəsinin profisiti 82,8 mln. manat təşkil edib

Azərbaycanın 2008-ci il dövlət büdcəsinin profisiti 82,8 mln. manat təşkil edib
# 13 mart 2009 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il dövlət büdcəsinin gəlirləri 10 762,7 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 79,2%, proqnozdan isə 2,7% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2008-ci ilin yekunları ilə bağlı hazırladığı hesabatda deyilir.
Hesabata əsasən, büdcə daxilolmalarının 5 695,4 mln. manatı (ümumi daxilolmaların 53,9%-i) Vergilər Nazirliyi, 1 110,4 mln. manatı (10,3%) Dövlət Gömrük Komitəsi, 3 800 mln. manatı (35,3%) Dövlət Neft Fondu, 101,7 mln. manatı (0,9%) dövlət büdcəsindən maliyyələşən təşkilatlardan büdcədənkənar daxilolmalar, 50,4 mln. manatı (0,5%) digər mənbələrdən, 4,8 mln. manat (0,1%) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən daxil olub:

Azərbaycanın dövlət büdcəsinin gəlirləri barədə məlumat

(mln. man.)


 

2008-ci il

(fakt) 

2008-ci il

(proqnoz) 

2007-ci il

2008-ci ilin 2007-ci ilə nisbəti (%) 

Vergilər Nazirliyi

5 695,4 

5 380 

4 510,6 

126,3 

Dövlət Gömrük Komitəsi 

1 110,4 

1 110 

772 

143,8 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

4,8 

3,5 

3,1 

154,8 

Dövlət Neft Fondu

3 800 

3 800 

585 

649,6 

Dövlət büdcəsindən maliyyəşən təşkilatlardan büdcədənkənar daxilolmalar 

101,7 

137,5 

83,8 

121,4 

Sair 

50,4 

53 

52,1 

96,7 

Cəmi 

10 762,7 

10 484 

6 006,6 

179,2 



Ötən il dövlət büdcəsinin xərcləri 10 679,9 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 75,5% çox, proqnozdan isə 3,4% az olub. Büdcə xərclərinin strukturunda əsas yeri sənaye, tikinti və faydalı qazıntılara çəkilən xərclər (4 292,2 mln. manat), müdafiə xərcləri (1 321,2 mln. manat), təhsil xərcləri (979,6 mln. manat), sosial müdafiə və sosial təminat xərcləri (846,4 mln. manat) tutub. Ümumilikdə, sosialyönümlü tədbirlər üzrə xərclər 2 312,5 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 38,4% çoxdur.

Azərbaycanın dövlət büdcəsinin xərcləri barədə məlumat

(mln. man.)

 

2008-ci il (fakt)


2008-ci il (proqnoz)


2007-ci il

2008-ci ilin 2007-ci ilə nisbəti (%)

Ümumi dövlət xidmətləri 

660,8 

735,6 

468,6 

141 

Müdafiə 

1 321,2 

1 331,6 

811,5 

162,8 

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 

533,9 

566,5 

431,3 

123,8 

Təhsil 

979,6 

1 115,4 

723 

135,5 

Səhiyyə 

346,3 

377,8 

257,2 

134,6 

Sosial müdafiə və sosial təminat 

846,4 

814,3 

594,8 

142,3 

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət 

 

140,2 

 

145,6 

 

95,3 

 

147,1 

Mənzil və kommunal təsərrüfatı 

157,5 

157,6 

91,9 

169,5 

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 

 

281,9 

 

286 

 

247,5 

 

113,9 

Sənaye, tikinti və faydalı qazıntılar 

4 292,2 

4 343,3 

1 931 

222,3 

Nəqliyyat və rabitə 

84,7 

88,6 

68,5 

123,6 

İqtisadi fəaliyyət 

144,2 

146,5 

11,1 

13,2 dəfə 

Əsas bölmələrə aid edilməyən xidmətlər 

893,7 

951,9 

354,5 

252,1 

Cəmi 

10 679,9 

11 060,6 

6 086,2 

175,5 



Göründüyü kimi, dövlət xərclərinin əvvəlki illə müqayisədə nəzərə çarpan dərəcədə artımasına baxmayaraq, əsas xərclər və nəticədə, ümumi xərclər üzrə proqnozlardan geriləmə müşahidə olunur.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti 82,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR