Bank Of Baku

Moldovanın maliyyə naziri Azərbaycanda olub

Moldovanın maliyyə naziri Azərbaycanda olub
# 13 mart 2009 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Moldovanın maliyyə naziri xanım Mariana Durleştyanu ötən gün işgüzar səfərlə Azərbaycanda olub. Səfərin məqsədi Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və maliyyə-iqtisadi siyasətlə tanış olmaq, həmçinin mövcud qlobal iqtisadi və maliyyə böhranının milli iqtisadiyyata təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məsləhətləşmələr aparmaq, belə şəraitdə qarşılıqlı iqtisadi münasibətlərin qurulması və istiqamətlərinin müəyyənləşdirilməsi olub.

M.Durleştyanunun Azərbaycanın maliyyə naziri Samir Şərifovla keçirilən görüşəndə qeyd edilən məsələlər ətrafında danışıqlar aparılıb. Görüşdə həmçinin əməkdaşlığın genişləndirilməsində prioritet istiqamətlər, o cümlədən, 2007-ci ilin fevralın 22-də Bakıda imzalanmış Azərbaycan Maliyyə Nazirliyi ilə Moldova Maliyyə Nazirliyi arasında dövlət maliyyələşməsi sahəsində əməkdaşlığa dair sazişdə nəzərdə tutulan məsələlər ətraflı müzakirə edilib.

Görüşün sonunda tərəflər iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin davam etdiriləcəyini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR