Bank Of Baku

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına dair layihə hazırlanır

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına dair layihə hazırlanır
# 13 mart 2009 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda qiymətli kağızlar bazarının formalaşması və inkişafına dair layihə hazırlanır. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

«Artıq Dövlət Komitəsi qiymətli kağızlar bazarında mövcud vəziyyətin təhlilini başa çatdırıb. Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə bağlı planlarımız var», - deyə R.Aslanlı vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, bu məqsədlə mövcud qanunvericiliyin və bazarın infrastrukturunun təkmilləşdirilməsinə dair təşəbbüslər var. Həmçinin, bazarda aparılan əqdlərin real vaxt rejimində təşkili, milli ödəniş sisteminə keçirilməsi təklif olunur. Dövlət Komitəsi bu sahədə maarifləndirmə işlərinə də xüsusi diqqət yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR