Bank Of Baku

Beynəlxalq Valyuta Fondu müxtəlif böhranların təhlilini aparıb

Beynəlxalq Valyuta Fondu müxtəlif böhranların təhlilini aparıb
# 13 mart 2009 10:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) «Resessiya, böhran və iflaslar zamanı nələr baş verir» mövzusunda xüsusi məruzəsini açıqlayıb. «APA-Economics»in «Financial Times» qəzetinə istinadən verdiyi xəbərə görə, məruzənin müəllifləri kredit böhranları və aktivlərin ucuzlaşması ilə bağlı olan iqtisadi geriləmənin digər geriləmələrdən fərqlənməsi məsələsinə aydınlıq gətirmək məqsədi ilə 1960-2007-ci illər ərzində İqtisadi Əməkdaşıq və İnkişaf Təşkilatına daxil olan 21 ölkədə 122 geriləmə faktları araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki, təhlil edilən müddət ərzində səciyyəvi geriləmə dörd rüb davam edib və istehsalın ÜDM-in 2% səviyyəsində azalmasına səbəb olub. Hər altıncı geriləmə kredit böhranı, hər dördüncüsü yaşayış evlərinin ucuzlaşması, hər üçüncüsü isə fond birjalarının iflaslı ilə bağlı olub. Orta hesabla maliyyə sarsılması ilə bağlı olan geriləmə nəticəsində baş verən sənaye istehsalının azalması digər geriləmələrlə müqayisədə daha 2-3 dəfə güclü olur.
Səciyyəvi kredit geriləməsi təxminən 2,5 il davam edir və kreditin azalması 20% təşkil edir. Səhm bazarında da enmə təxminən bu qədər vaxt davam edir, lakin səhmlər bu müddət ərzində öz qiymətinin yarısını itirir. Daşınmaz əmlak bazarında böhranlar adətən 4,5 il davam edir və yaşayış evlərinin qiymətləri 30% düşür.
Maraqlıdır ki, neft qiymətlərinin enməsi ilə əlaqəli olan iqtisadi geriləmə zamanı istehsalın azalması digərlərindən 0,8 faiz bəndi çox olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR