Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: İlin əvvəlindən Azərbaycanda 2,34% deflyasiya qeydə alınıb

İqtisadi Tədqiqatlar Mərkəzi: İlin əvvəlindən Azərbaycanda 2,34% deflyasiya qeydə alınıb
# 13 mart 2009 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) həyata keçirdiyi «Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı» üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,81% azalıb. Bakıda deflyasiya 0,88%, regionlarda isə 0,75% təşkil edib. Əmtəə qrupları üzrə ən yüksək deflyasiya səviyyəsi ərzaq məhsulları (1,15%) üzrə müşahidə olunub.
Tədqiqat aparılan dövr ərzində deflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə 0,27%, xidmət sektorunda isə 0,60% təşkil edib. Hesabat ayında 2008-ci ilin fevral ayı ilə müqayisədə İQİ 8,32% artıb.
Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə xidmət sektorunda ən çox ucuzlaşma İnternetə qoşulmada (45,05%), ərzaq məhsullarından təzə kartofda (18,18%), yoqurtda (8,63%), toyuq ətində (6,87%), qeyri-ərzaq məhsullarından isə kəsilmiş taxtada (13,12%) qeydə alınıb.
Qeyd edək ki, bu ilin əvvəlindən İQİ 2,34% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR