Bank Of Baku

Azərbaycan anti-böhran tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditləşməsini artıracaq

Azərbaycan anti-böhran tədbirləri çərçivəsində sahibkarların güzəştli kreditləşməsini artıracaq
# 13 mart 2009 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti anti-böhran tədbirləri proqramının hazırlanmasına başlayıb. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə hökumətin 2008-ci il üzrə hazırladığı hesabatı təqdim edən baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib.
Y.Eyyubovun sözlərinə görə, ölkə başçısının iştirakı ilə keçirilən anti-böhran dövründən çıxış vəziyyətinə dair iclasdan sonra proqramın hazırlıq işlərinə başlanılıb.
«Proqramda ixrac yönümlü müəssisələrin dövlət tərəfindən dəstəklənməsi, maliyyə və nəzarət intizamının sərtləşdirilməsi, bank sisteminin dayanıqlığının gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılması, qeyri-neft sektorunun inkişafı, aztəminatlı təbəqənin sosial təminatının gücləndirilməsi, inhisarçılıqla mübarizə və digər tədbirlər əksini tapacaq», - deyə Y.Eyyubov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR