Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» bank xidmətləri üzrə tarifləri endirib

«Azərbaycan Sənaye Bankı» bank xidmətləri üzrə tarifləri endirib
# 13 mart 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) fiziki və hüquqi şəxslərə göstərilən bank xidmətləri üzrə tariflərində endirim edib.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankda nağd vəsait üzrə əməliyyatlar, valyuta mübadiləsi, pul köçürmələri, plastik kartlar və digər xidmətlər üzrə tariflər əhəmiyyətli dərəcədə azaldılıb. Belə ki, fiziki və hüquqi şəxslər üçün endirilmiş tariflərdə, respublika daxili valyuta köçürmələrinə görə 50%, xarici valyuta köçürmələrinə görə 25%, milli valyuta üzrə nağd çəkilən vəsaitlərə görə komisyon haqqı 38%, xarici valyuta üzrə nağd çəkilən vəsaitlərə görə 20% və plastik kredit kartları üzrə illik faiz dərəcəsi 13%-ə qədər endirilib.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» SKB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR