Bank Of Baku

Azərbaycanda məcmu bank öhdəlikləri son bir ildə 49% artıb

Azərbaycanda məcmu bank öhdəlikləri son bir ildə 49% artıb
# 13 mart 2009 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu öhdəliklərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 8 341,9 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 737,9 mln. manat və ya 48,9% artsa da, yanvarda onun 226,9 mln. manat və ya 2,7% azalması müşahidə olunub.
Bankların məcmu öhdəliklərinin strukturunda depozitlər (3 850,9 mln. manat), maliyyə sektorundan alınmış depozit və kreditlər (3 198,1 mln. manat) və digər öhdəliklər (1 292,9 mln. manat) yer alıb. Bununla belə, yanvarda müşahidə olunan məcmu öhdəliklərinin azalması əsasən depozitlərin azalması hesabına baş verib: bu göstərici 204,17 mln. manat təşkil edib.
Ümumilikdə, məcmu öhdəliklərinin bankların passivlərində xüsusi çəkisi yanvar ayında 83,41%-dən 82,73%-ə enib. Qeyd edək ki, yanvarda məcmu öhdəliklərin azalması ötən il ərzində həmin göstəricinin orta aylıq artımından 18,2 mln. manat azdır.
Bankların məcmu öhdəliklərinin azalması, hətta onların depozitlərin azalması nəticəsində baş verməsi bank sistemi üçün müsbət hal kimi qiymətləndirilə bilməz (xüsusən də bu proses ümumi aktivlərin azalması ilə müşayiət olduğuna görə).
Xatırladaq ki, yanvar ayında bank aktivlərinin həcmi 190,4 mln. manat azalaraq 10,083 mlrd. manata düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR