Bank Of Baku

«Era Trans» sığorta şirkəti yeni baş ofisə köçüb

«Era Trans» sığorta şirkəti yeni baş ofisə köçüb
# 13 mart 2009 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Era Trans» sığorta şirkəti yeni baş ofisə köçüb. Şirkətin Maliyyə Departamentinin direktoru Qüdrət Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin öz vəsaiti hesabına alınan yeni ofis Bakı şəhərinin Əhməd Cavad küçəsi,1 ünvanında yerləşir.
Qeyd edək ki, şirkət əvvəllər V.Plotnikov küçəsi,21 ünvanında fəaliyyət göstərib.
Xatırladaq ki, təsisçisi iki fiziki şəxs olan «Era Trans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, şirkətin 2008-ci il ərzində daxilolmalarının həcmi 1,85 mln. manat, ödənişləri isə 0,88 mln. manat olub. «APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə «Era Trans» daxilolmalar üzrə 20-ci yeri, ödənişlər üzrə isə 13-cü yeri tutub. Həmçinin, ötən il şirkətin respublika üzrə məcmu daxilolmalarda xüsusi çəkisi 1,03%, ödənişlərdə isə 1,77% təşkil edib.
Cari ilin mart ayının 1-nə «Era Trans»ın nizamnamə kapitalı 3 mln. manat təşkil edib. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR