Bank Of Baku

«Thames Insurance Group» nizamnamə kapitalını 25% artırır

«Thames Insurance Group» nizamnamə kapitalını 25% artırır
# 13 mart 2009 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Thames Insurance Group» Qapalı Səhmdar Cəmiyyətinin (ASC) adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 10 000 ədəd, emissiyanın ümumi həcmi isə 200 min manat təşkil edir.
Birja mütəxəssislərinin fikrincə, «Thames Insurance Group» ASC-nin artıq bu ilin mart ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 25% artaraq 1 mln. manata çatacaq.
Qeyd edək ki, «Thames Insurance Group» Azərbaycan-Böyük Britaniya müştərək sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir. Şirkət 12 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda «Thames Insurance Group» sığorta şirkətinin ölkə üzrə 1 filialı və 1 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR