Bank Of Baku

İngiltərədə G-20 ölkələri maliyyə nazirlərinin görüşü başlayıb

İngiltərədə G-20 ölkələri maliyyə nazirlərinin görüşü başlayıb
# 14 mart 2009 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İngiltərənin Xorşem şəhərində “Böyük iyirmiliyin” (G-20) maliyyə nazirlərinin iki günlük görüşü başlayıb. “APA-Economics”in məlumatına görə, görüşdə dünya maliyyə böhranından çıxış yolları və bununla bağlı dünyanın aparıcı ölkələrinin atacağı birgə addımlar müzakirə olunacaq.

Görüş ərəfəsində iştirakçılar arasında fikir ayrılığı müşahidə edilib. Belə ki, ABŞ və Böyük Britaniya aparıcı ölkələri Ümumi Daxili Məhsulun 2 faizini öz iqtisadiyyatlarının stimullaşdırılmasına yönəltməyə çağırıblar. Lakin Almaniya və Fransa bu təşəbbüsün əleyhinə çıxaraq bildiriblər ki, aparıcı ölkələr artıq öz iqtisadiyyatlarına kifayyət gədər maliyyə vəsaiti ayırıblar və hazırda bu vəsaitlərin səmərəli istifadəsi, xərclərin sağlam istiqamətləndirilməsinə nəzarət, maliyyə sektorunda tənzimləmə mexanizmlərinin gücləndirilməsi kimi məsələlər daha vacib və aktualdır.

Bundan başqa, görüş ərəfəsində Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirləri birgə kommünike ilə çıxış edərək öz bazarlarından kapital axınının davamlı xarakter aldığını vurğulayaraq inkişaf etmiş ölkələr və beynəlxalq maliyyə qurumlarını bunu kompensasiya etmək məqsədilə investisiya və kreditləşməni artırmağa çağırıblar. Sadalanan ölkələr Beynəlxalq Valyuta Fondunun kapitalizasiyasının artırılmasına müsbət yanaşaraq inkişafda olan ölkələr üçün kvotaların artırılmasını da istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR