Bank Of Baku

«Era Trans» sığorta şirkəti nizamnamə kapitalını artırıb

«Era Trans» sığorta şirkəti nizamnamə kapitalını artırıb
# 16 mart 2009 06:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Era Trans» sığorta şirkəti nizamnamə kapitalını 2,8 dəfə artıraraq 3 mln. manata çatdırıb.
Şirkətin Maliyyə Departamentinin direktoru Qüdrət Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, kapitalın artırılması mövcud səhmdarlar hesabına həyata keçirilib.
Q.Abdullayev bildirib ki, kapitalın artırılması ilə bağlı elan olunmuş əlavə səhm emissiyasının ödənilməsi prosesi də artıq başa çatdırılıb. Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,079 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Era Trans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, şirkətin 2008-ci ildə daxilolmaları 1,85 mln. manat, ödənişləri isə 0,88 mln. manat olub. Ötən il respublika üzrə məcmu daxilolmalarda şirkətin xüsusi çəkisi 1,03%, ödənişlərdə isə 1,77% təşkil edib. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
«APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə «Era Trans» daxilolmalar üzrə 20-ci yeri, ödənişlər üzrə isə 13-cü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR