Bank Of Baku

«Paşa Bank» ilin əvvəlindən depozit bazasını 7%, kredit portfelini isə 8% artırıb

«Paşa Bank» ilin əvvəlindən depozit bazasını 7%, kredit portfelini isə 8% artırıb
# 16 mart 2009 07:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 204,344 mln. manat təşkil edib ki, bu da cari ilin yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 3,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 6,8% genişlənərək 87,942 mln. manata, kredit portfeli isə 8,4% artaraq 48,125 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 2,6% artaraq 112,583 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 100 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində bankın gəlirləri 3,560 mln. manat, xərcləri isə 1,307 mln. manat olub. Nəticədə, bank 2,253 mln. manat məbləğində mənfəət əldə edib.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin mart ayının 1-nə bankın işçilərinin sayı 90 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR