Bank Of Baku

«Texnikabank» son bir ildə aktivlərini 27% artırıb

«Texnikabank» son bir ildə aktivlərini 27% artırıb
# 16 mart 2009 09:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 444,186 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 14% azalaraq 154,148 mln. manata, kredit portfeli 29,3% artaraq 337,401 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 14% artaraq 61,348 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 48% artaraq 56,953 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 26,912 mln. manat olub.
Qeyd edək ki, yanvar-fevral aylarında bankın gəlirləri 46% artaraq 14,305 mln. manata, xərcləri isə 8,6% artaraq 8,541 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində təxminən 3 dəfə artaraq 5,764 mln. manat təşkil edib.
Xatırladaq ki, bu müddət ərzində bank əlavə 4 filial açıb, 1 bankomat və 52 POS-terminal quraşdırıb. Bu ilin mart ayının 1-nə bankın işçilərinin sayı 21% artaraq 583 nəfərə çatıb.
«Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 35 filialı, 3 mübadilə məntəqəsi, 47 bankomatı və 332 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR