«APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin (martın 9-u qeyri-iş günü olub) yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,04% azalaraq 0,8045 manat təşkil edib. Qeyd edək ki, bununla belə 0,04% azalan rəsmi məzənnə də 0,8045 manata bərabər olub. Nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,05% enib, satış məzənnəsi isə 0,06% yüksəlib:
Göründüyü kimi, ötən həftə ərzində faktiki olaraq tam məzənnə sabitliyi müşahidə olunub, hətta birja və rəsmi məzənnələr bir-birinə tam uyğun olub. Bununla belə, son iki-üç həftə dollar üzrə birja dövriyyəsinin kəskin artımı müşahidə olunur ki, bu da, böyük ehtimalla, manatın məzənnəsinin saxlanılması məqsədi ilə Milli Bankın bazarda apardığı valyuta müdaxiləsi ilə bağlıdır. Qeyd edək ki, bu, dünya maliyyə böhranı və bank likvidliyi sahəsində qeyri-müəyyənlik şəraitində məcburi addımdır və son illərdə mərkəzi bankın valyuta bazarında iştirakı, əksinə olaraq, manat müdaxiləsindən ibarət olub ki, bunun da əsas məqsədi bazara dolların təsirinin azaldılması və valyuta ehtiyatlarının artırılması olub.
Həftə ərzində avronun məzənnəsi 2,02% yüksəlib: