Bank Of Baku

Azərbaycanda kommersiya banklarının müxbir hesablarındakı vəsait yanvarda 11% azalıb

Azərbaycanda kommersiya banklarının müxbir hesablarındakı vəsait yanvarda 11% azalıb
# 16 mart 2009 10:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin tərkib hissəsi olan müxbir hesablarda yerləşdirilmiş vəsaitlərin həcmi 2009-cu fevralın 1-nə 852,57 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, müxbir hesablarda yerləşdirilmiş vəsaitlər il ərzində, yəni ötən ilin fevralın əvvəli ilə müqayisədə 38,8% artdığı halda, cari ilin yanvarında 106,95 mln. manat və ya 11,2% azalıb. Bununla belə, müxbir hesabların ümumi aktivlərdə xüsusi çəkisi ay ərzində 9,34%-dən 8,46%-ə düşüb.
Banklar tərəfindən öz vəsaitlərini digər banklardakı müxbir hesablardan geri çağırılması normal bir prosesdir, lakin eyni zamanda adətən o, aktivlərin digər kateqoriyalarının artması ilə müşayiət olunur. Yəni, müxbir hesablardan geri çağırılan vəsaitlər digər aktiv əməliyyatların maliyyələşməsinə yönəldilir. Məsələn, ötən ilin yanvarında müxbir hesabların həcmi təxminən 79 mln. manat azalıb, paralel olaraq müştərilərə verilən kreditlərin həcmi 82,6 mln. manat, nağd vəsaitlərin həcmi isə 28 mln. manat artıb. Ötən ilin IV rübündə müxbir hesabların təxminən 288 mln. manat, maliyyə sektoruna verilən kreditlərin isə 185 mln. manat azaldığı halda, nağd vəsaitlər 84 mln. manat, müştərilərə kreditlər 513 mln. manat, investisiyalar 237 mln. manat, ümumi aktivlərin həcmi isə 359,5 mln. manat artıb. Cari ilin yanvarında isə müxbir hesabların azalması ilə yanaşı müştərilərə kreditlər 6 mln. manat, nağd vəsaitlər 41 mln. manat, maliyyə sektoruna verilən kreditlər 16,2 mln. manat, investisiyalar 30 mln. manat, ümumi aktivlərin həcmi isə 190,4 mln. manat azalıb. Beləliklə, müxbir hesablardan çıxarılan vəsaitlər, investisiya, kredit portfeli, nağd vəsaitlərin azalma həcmi ilə birlikdə banklar tərəfindən müəyyən ödəmələrə yönəldilib. Yəni, yanvar ayı ərzində bank aktivlərinin əsas maddələri üzrə azalma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR