Bank Of Baku

Deflyasiya borcların nisbi dəyərini artıraraq əhalinin vəziyyətini daha da pisləşdirir

Deflyasiya borcların nisbi dəyərini artıraraq əhalinin vəziyyətini daha da pisləşdirir
# 16 mart 2009 12:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İngiltərə mərkəzi bankı açıqladığı məruzədə hazırkı iqtisadi böhranı zamanı ilk dəfə olaraq dünyanın cari iqtisadi şəraitin 1930-cu illərin «Böyük Tənəzzülü» ilə müqayisə edir. «APA-Economics»in məlumatına görə, İngiltərə Bankının analitikləri iki iri iqtisadi böhranı birləşdirən əsas bir neçə amili müəyyənləşdiriblər.
Belə ki, Bankın mütəxəssisləri «borc tələsi» tendensiyasını araşdırıb və belə bir qənaətə gəliblər ki, əhali əvvəlki kreditləri ödəmək məcburiyyətində qalaraq, getdikcə daha çox «borca batır». Eyni zamanda, əhalinin təmin edilmiş tələbatının azalması nəticəsində istehsal daralması və deflyasiya böhranın digər bir xüsusiyyətləridir. Aydındır ki, istehlakçıların alıcılıq qabiliyyətinin azalması indiki sürətlə davam edərsə, satıcılar və istehsalçılar mütənasib olaraq qiymətləri aşağı salmalıdır. Nəticədə, deflyasiya ilə birlikdə əhalinin ödəmə qabiliyyətinin enməsi ilə yaranan çıxılmaz vəziyyət İngiltərə Bankının analitikləri tərəfindən indiki şəraiti 1930-cu illərin «Böyük Tənəzzülü» ilə birləşdirən əsas amil kimi qiymətləndirilir.
Qeyd edək ki, deflyasiya borcların nisbi dəyərini artıraraq əhalinin vəziyyətini daha da pisləşdirir. Məruzədə bildirilir ki, Böyük Britaniya digər ölkələrdən daha geniş təhlükədədir, çünki bir sıra hesablamalara əsasən, fiziki şəxslərin borclarının həcminə görə İngiltərə dünyada birinci yeri tutur. Belə ki, əhalinin istehlak kreditləri üzrə borcu 1,5 trln. funt həcmində qiymətləndirilir və hazırda hər ailənin təxminən 60 min funt məbləğində borcu var. Bunu nəzərə alaraq, İngiltərə Bankının mütəxəssisləri sözügedən məruzədə hökumətləri böhrana qarşı müdaxilələri daha da genişləndirməyə və radikallaşdırmağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR