Bank Of Baku

«Qarant Sığorta» şirkəti xidmətlərin çeşidini genişləndirib

«Qarant Sığorta» şirkəti xidmətlərin çeşidini genişləndirib
# 16 mart 2009 12:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti göstərdiyi sığorta xidmətlərinin siyahısına «Səfər sığortası»nı da əlavə edib. «APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında «Qarant Sığorta»nın İdarə Heyətinin sədr müavini Fuad Abdullayev ətraflı məlumat verib.
F.Abdullayevin sözlərinə görə, Azərbaycanın sığorta bazarında mövcud olan «Xarici ölkələrə səfər edənlərin bədbəxt hadisələrdən sığortası» xidmət növündən fərqli olaraq, şirkətinin təklif etdiyi «Səfər sığortası» xidməti bir sıra üstünlüklərə malikdir. F.Abdullayev bildrib ki, yeni xidmət növünə həkim xidmətləri və dərmanların alınması xərcləri, xəstəxanada yerləşən müddətdə çəkilən müayinə məsrəfləri, əməliyyat xərcləri, xəstəxanaya tibbi daşınma xərcləri, müalicədən sonra evə qayıtma xərcləri, həmçinin fövqəladə hallar zamanı tibbi daşınma, təcili stomatolojı yardım, bədbəxt hadisələrdən sığorta və ölüm hallarında repatriasiyası daxildir. Əlavə təminatlarda isə baqajın itməsi, hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi və hava nəqliyyatı vasitəsinin reysinə gecikmə halları əksini tapıb. Bütün bu yeniliklərə görə, şirkət müştərilərindən əlavə ödəmə tələb etmir.
Qeyd edək ki, «Səfər sığortası» xidmət növünün həyata keçirilməsi üzrə «Qarant Sığorta» şirkətinin tərəfdaşı rolunda GVA beynəlxalq şirkəti çıxış edir.
Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Maliyə Nazirliyinin məlumatlarına görə, 2008-ci il ərzində şirkətin daxilolmaları 7,41 mln. manat, ödənişləri isə 0,04 mln. manat olub. «APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə «Qarant Sığorta» daxilolmalar üzrə 12-ci, ödənişlər üzrə isə 25-ci yerdə qərarlaşıb. Şirkətin məcmu sığorta haqlarında xüsusi çəkisi 4,1%, ödənişlərdə isə 0,08% təşkil edib. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat olub.
Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR