Bank Of Baku

«Azərdəmiryolbank»ın məcmu öhdəliklərində depozitlərinin payı 34%-ə çatıb

«Azərdəmiryolbank»ın məcmu öhdəliklərində depozitlərinin payı 34%-ə çatıb
# 16 mart 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) məcmu öhdəlikləri 2009-cu ilin mart ayının 1-nə 175,1 mln. manat təşkil edib ki, bunun da 59,2 mln. manatı və ya 33,8%-i fiziki və hüquqi şəxslərdən cəlb olunmuş depozitlərin payına düşür.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın aktivləri cari ilin əvvəlindən artaraq martın 1-nə 214,2 mln. manatdan çox olub. Eyni zamanda, kredit portfelinin həcmi (lizinq əməliyyatları daxil olmaqla) 162 mln. manat, əsas vəsaitlərin dəyəri isə 13,1 mln. manat təşkil edib. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 38,72 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat səviyyəsində qalıb. Qeyd edək ki, bankın müddətli əmanətlərinin həcmi 49 mln. manat olub.
Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı var. Nizamnamə kapitalında «25%+1 səhm» iştirak payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 27 filialı, 39 bankomatı və 252 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR