Bank Of Baku

Fevralda Azərbaycanda deflyasiya davam edib

Fevralda Azərbaycanda deflyasiya davam edib
# 16 mart 2009 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayına nisbətən 0,8% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən (DSK) «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar-fevral aylarında 2008-ci ilin yanvar-fevral aylarına nisbətən isə 10,3% bahalaşıb.
Fevral ayında yanvarla müqayisədə ərzaq məhsullarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, xidmət tarifləri isə 0,1% ucuzlaşıb. Cari ilin ilk iki ayı ərzində isə istehlak qiymətləri 1,4% düşüb.
«Ötən ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 10,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq mallarının qiymətləri 8,5%, xidmət tarifləri isə 7,5% bahalaşıb», - deyə DSK-dan bildirilib.
Qeyd edək ki, DSK cari ilin yekununda Azərbaycanda deflyasiyanın müşahidə olunmasını istisna etmir. Belə ki, 2009-cu ilin əvvəlindən Azərbaycanda məhsulların qiymətlərində artım müşahidə olunmayıb. İl ərzində vəziyyət belə davam edərsə, dünyada müşahidə olunan iqtisadi hadisələr səngiməsə, Azərbaycanda 2009-cu ilin sonunda nəinki bir rəqəmli inflyasiya, hətta deflyasiya müşahidə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR