Bank Of Baku

«UniBank» Novruz bayramı günlərində xüsusi qrafiklə işləyəcək

«UniBank» Novruz bayramı günlərində xüsusi qrafiklə işləyəcək
# 16 mart 2009 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının filialları Novruz bayramı günlərində də (martın 25-27-də) müştərilərə xidmət göstərəcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, həmin günlər bankın filialları xüsusi qrafiklə - saat 10:00-dan 14:30-dək işləyəcək.
Martın 25-27-də müştərilər filiallar vasitəsi ilə depozit-kredit əməliyyatları, pul köçürmələri, plastik kartların sifarişi, kart hesablarına vəsaitin daxil edilməsi, mobil rabitə operatorlarının xidmətləri və kommunal xidmətlər üzrə ödənişlər həyata keçirə bilər.
Qeyd edək ki, bayram günlərində bankın Bakıda 5 filialı və 1 şöbəsi («Mərkəzi», «Yasamal», «Neftçilər», «15 saylı Filial» və «Gənclik» şöbəsi), regionda isə bütün filialları işləyəcək.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 417,563 mln. manat, kredit portfeli 319,247 mln. manat, depozit portfeli 123,671 mln. manat, məcmu kapitalı 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 57 bankomatı və 231 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR