Bank Of Baku

Azərbaycan Milli Bankı əsginasların çeşidlənməsi üçün qablaşdırma materiallarının alınmasına dair tender keçirir

Azərbaycan Milli Bankı əsginasların çeşidlənməsi üçün qablaşdırma materiallarının alınmasına dair tender keçirir
# 17 mart 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Bankı xəzinə infrastrukturunun fəaliyyəti və əsginasçeşidləyici sistemlərin istismarını təmin etmək məqsədilə tələbata uyğun qablaşdırma materiallarının satın alınması üçün tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin aprelin 17-dək, tender təkliflərini isə aprelin 27-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası aprelin 28-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 493-11-22.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR