Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında qanunsuz fəaliyyət göstərən şirkət aşkarlanıb

Azərbaycanın qiymətli kağızlar bazarında qanunsuz fəaliyyət göstərən şirkət aşkarlanıb
# 15 aprel 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin qiymətli kağızlar bazarında lisenziyasız fəaliyyət göstərən şirkət aşkar edib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən qiymətli kağızlar bazarında həyata keçirilən nəzarət tədbirləri zamanı «Inforex» şirkətinin əhaliyə (investorlara) qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin əlamətlərini daşıyan xidmətlər təklif etdiyi aşkar olunub. Belə ki, şirkətin www.inforex.az ünvanlı internet resursunda aktivlər (qiymətli kağızlar, valyuta və törəmə alətlər) portfelinin «idarəolunan hesab» vasitəsi ilə peşəkar idarə edilməsi xidməti təklif olunur. Müştəriyə məxsus qiymətli kağızlar portfelinin idarə edilməsi Azərbaycan qanunvericiliyinə əsasən, qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hesab olunur ki, bu da yalnız müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malik olan şəxslər tərəfindən həyata keçirilə bilər.
«Inforex» şirkəti yuxarıda göstərilən xidmət üzrə fəaliyyətə dair QKDK tərəfindən lisenziyaya malik olmadığından, əhalinin pul vəsaitlərinin hər hansı bir formada cəlb və idarə edilməsi üzrə fəaliyyət səlahiyyətinə malik deyil. Hazırda QKDK tərəfindən sözügedən şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluq baxımından araşdırılmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR