Bank Of Baku

«Kredo Bank» il ərzində aktivlərini iki dəfə artırmaq niyyətindədir

«Kredo Bank» il ərzində aktivlərini iki dəfə artırmaq niyyətindədir
# 15 aprel 2009 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonunadək aktivlərin həcmini iki dəfə artıraraq 75 mln. manata çatdırmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Barat Piriyevin sözlərinə görə, aktivlərlə yanaşı bankın kredit və depozit portfelində də artım olacaq. Belə ki, bu il ərzində bankın kredit portfelinin 70-80% artaraq 45-46 mln. manata, depozit portfelinin 40% genişlənərək 12,69 mln. manata, məcmu kapitalın isə 19,4% artaraq 16 mln. manata çatacağı gözlənilir.
«Nizamnamə kapitalının artırılması da nəzərdə tutulub. Bunun üçün bank tərəfindən əlavə səhm emissiyaları həyata keçiriləcək. Lakin konkret olaraq nizamnamə kapitalının hansı həcmdə artırılması ilə bağlı hələ heç nə deyə bilmərəm. Çünki bu birbaşa səhmdarlar tərəfindən verilən qərardır», - deyə B.Piriyev bildirib.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 37,074 mln. manat, kredit portfeli 25,302 mln. manat, depozit portfeli 9,071 mln. manat, məcmu kapitalı 13,776 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Hazırda bankın respublika üzrə 13 filialı fəaliyyət göstərir ki, bunun 7-si regionda (Xaçmaz, Göyçay, Quba, İsmayıllı, Masallı, İmişli və Gəncə) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR