Bank Of Baku

Azərbaycanda uzunmüddətli kreditləşmənin həcmi azalır

Azərbaycanda uzunmüddətli kreditləşmənin həcmi azalır
# 15 aprel 2009 08:51 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən son bir ildə yeni verilmiş kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 57,8%-dən 33,1%-ə enib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.

AMB-nin hesablamalarına görə, cari ilin yanvar-fevral aylarının yekunlarına əsasən, yeni verilmiş uzunmüddətli kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,3% azalıb. Bu növ kreditlərin həcmi ötən ilin martın əvvəlindən 1 561,4 mln. manat və yaxud 50,55% - 3 088,9 mln. manatdan 4 650,3 mln. manatadək artsa da, əvvəlki ilin dinamikasına nisbətən artım tempi 2,5 dəfə zəifləyib. Təkcə fevral ayında uzunmüddətli kreditlərin həcmi 261,4 mln. manat və ya 5,32% azalıb.

Eyni zamanda, son iki ildə uzunmüddətli kreditlərin məcmu kreditləşmə həcmində payı 51,23%-dən 69,48%-dək yüksəlib. Bu tendensiya qısamüddətli kreditlərin verilməsində müşahidə olunan mənfi dinamika ilə bağlıdır. Belə ki, cari ilin fevralında bu növ kreditlərin həcmi 247,3 mln. manat azalıb. Həmçinin xatırlatmalıyıq ki, banklar və qeyri-bank kredit təşkilatları tərəfindən bu ilin fevral ayında verilən yeni kreditlərin həcmi cəmi 67,3 mln. manata bərabər olub. Cari ilin yanvar-fevral aylarında yeni borcalmaların məcmu həcmi 537,4 mln. manat təşkil edərək, ötən ilin ilk iki ayına nisbətən 57% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR