Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»nın depozit portfeli son bir ildə 37% azalıb

«YapıKredi Bank Azerbaijan»nın depozit portfeli son bir ildə 37% azalıb
# 15 aprel 2009 09:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 112,096 mln. manat təşkil edib ki, bu da ötən ilin aprel ayının 1-i ilə müqayisədə 34,9% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 36,5% azalaraq 39,694 mln. manat, kredit portfeli 13,6% azalaraq 18,320 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 4,8 dəfə artaraq 3,654 mln. manat olub.
Bankın məcmu kapitalı 2,8 dəfə artaraq 40,017 mln. manat, o cümlədən nizamnamə kapitalı 4,3 dəfə artaraq 27,209 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın gəlirləri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 81% artaraq 9,251 mln. manata, xərcləri isə 2,1 dəfə artaraq 7,925 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 17,4% azalaraq 1,326 mln. manat təşkil edib.
Həmçinin, bu dövr ərzində bank əlavə 3 filial açıb, 3 bankomat və 25 POS-terminal quraşdırıb.
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 4 filialı, 13 bankomatı və 62 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR