Bank Of Baku

«Texnikabank»ın aktivləri son bir ildə 36% artıb

«Texnikabank»ın aktivləri son bir ildə 36% artıb
# 15 aprel 2009 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 431,483 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 36,2% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 25% azalaraq 129,811 mln. manat, kredit portfeli 27,2% artaraq 334,768 mln. manat, o cümlədən istehlak kreditləri 12,2% artaraq 60,947 mln. manat olub.
Bu müddət ərzində bankın məcmu kapitalı 40,3% artaraq 57,795 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 26,912 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 26% artaraq 19,513 mln. manata, xərcləri isə 16,4% artaraq 12,681 mln. manata çatıb. Nəticədə, son bir ildə bankın mənfəəti 48,7% artaraq 6,832 mln. manat təşkil edib.
Bundan başqa, bu müddət ərzində bank əlavə olaraq 3 filial açıb, həmçinin 1 bankomat və 53 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 35 filialı, 47 bankomatı və 338 POS-terminalı var. Son bir ildə bankın işçilərinin sayı 13,6% artaraq bu ilin aprel ayının 1-nə 576 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR