Bank Of Baku

Azərbaycan Milli Bankı tender keçirir

Azərbaycan Milli Bankı tender keçirir
# 15 aprel 2009 10:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Milli Bankı (AMB) server avadanlığının alınması, gömrük və poçt xidmətlərinin göstərilməsi, bankın işçiləri üçün xüsusi geyim formasının alınması üzrə sorğu elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata əsasən, sorğu üç lot üzrə keçirilir. Birinci lot üzrə iştirak haqqı 50 manat, digər iki lot üzrə isə 20 manat məbləğində müəyyənləşdirilib.
Tender təklifləri aprelin 23-dək AMB-nin inzibati binasında qəbul olunur. Tender prosedurası isə aprelin 24-də keçiriləcək.
Əlavə məlumat üçün 493-11-22 (501) telefon nömrəsinə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR