Bank Of Baku

«UniBank» nizamnamə kapitalını 2 dəfə artırır

«UniBank» nizamnamə kapitalını 2 dəfə artırır
# 15 aprel 2009 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) nizamnamə kapitalını 2 dəfə artıraraq 30 mln. manata çatdıracaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalı bankın səhmdarları tərəfindən ümumi həcmi 15 mln. manat, hər bir səhmin nominal dəyəri 2 manat olmaqla, 7,5 mln. ədəd sayda adi adlı sənədsiz səhmlərin buraxılması yolu ilə artırılacaq.
Qeyd edək ki, səhmlərin emissiya prospekti martın 30-da Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. Bu, bankın tarixində ən iri həcmli səhm emissiyası hesab olunur. Emissiyanın yerləşdirilməsində «UniCapital» ASC anderrayter xidməti göstərəcək. Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsinə isə aprelin 17-də başlanılacaq.
Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 417,563 mln. manat, kredit portfeli 319,247 mln. manat, depozit portfeli 123,671 mln. manat, məcmu kapitalı 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR