Bank Of Baku

«AtaSığorta» son bir ildə sığorta daxilolmalarını 21% artırıb

«AtaSığorta» son bir ildə sığorta daxilolmalarını 21% artırıb
# 16 aprel 2009 07:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC-nin 2009-cu ilin yanvar-mart aylarında torladığı sığorta haqlarının həcmi 1,037 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21% çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 13,8% azalaraq 121 min manat təşkil edib.
Sığorta daxilolmalarının strukturunda «Tibbi sığorta» (361,7 min manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (350,6 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (117,2 min manat), «Yanğından icbari sığorta» (89,3 min manat) və «Fərdi qəza sığortası» (35,6 min manat) növləri üzrə torlanmış sığorta haqları üstünlük təşkil edib.
Sığorta hadisələri üzrə «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə aparılan sığorta ödənişləri (113,8 min manat) daha yüksək xüsusi çəkiyə malik olub.
Bu müddət ərzində şirkətin ümumi gəlirləri 1,046 mln. manat, ümumi xərcləri isə 838 min manat olub. Nəticədə, şirkətin balans mənfəəti 208 min manat təşkil edib, bu isə nəzərdə tutulan proqnozdan 69,8 min manat çoxdur.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat olub. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR