Bank Of Baku

«Azərdəmiryolbank» vasitəsilə aparılan kommunal və pərakəndə ödənişlərin həcmi son bir ildə 32% artıb

«Azərdəmiryolbank» vasitəsilə aparılan kommunal və pərakəndə ödənişlərin həcmi son bir ildə 32% artıb
# 16 aprel 2009 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) vasitəsilə 2009-cu ilin yanvar-mart aylarında aparılmış kommunal və digər pərakəndə ödənişlərin həcmi 5,33 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 31,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ən çox artım qazdan istifadəyə görə hesablaşmalarda (2 dəfədən çox) qeydə alınıb. Cari ilin birinci rübündə qazdan istifadəyə görə ödənişlərin həcmi 192,8 min manat olub. Həmçinin, işığa görə abunə ödənişləri 754,6 min manat, suya görə 23,1 min manat, «Bakcell» mobil rabitə operatorunun xidmətlərinə görə 89,7 min manat, «Azercell» xidmətləri üçün 337,8 min manat, «Nar Mobile» xidmətləri üçün 4,4 min manat təşkil edib. Dövlət büdcəsinə pərakəndə ödənişlər 152,8 min manat, digər tədiyyələr 3,74 mln. manat olub.
Qeyd edək ki, «Azərdəmiryolbank» Azərbaycan Milli Bankının nəzdində yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KOMİS) ilk iştirakçısıdır.
Xatırladaq ki, 1989-cu ildə təsis olunan «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı var. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 31 filial və şöbəsi fəaliyyət göstərir.
Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 209,32 mln. manat, kredit portfeli 160,35 mln. manat, məcmu kapitalı isə 39,62 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR