Bank Of Baku

«Kredo Bank» bu il EBRD-dən kredit almaq niyyətindədir

«Kredo Bank» bu il EBRD-dən kredit almaq niyyətindədir
# 16 aprel 2009 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) kredit xətti cəlb etmək niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Barat Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu beynəlxalq qurumdan cəlb olunacaq kredit Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşməsinə sərf ediləcək: «Bankın planlarında kreditlərin həcmi çox göstərilə bilər. Lakin EBRD ilə əməkdaşlıq edən banklar üçün ilkin limit 3 mln. dollar həcmində müəyyənləşdirilir. Bu səbəbdən də hesab edirəm ki, kredit xəttinin həcmi bu məbləğdən çox olmayacaq».
B.Piriyevin sözlərinə görə, kredit xəttinin ayrılması üçün artıq «Kredo Bank» tərəfindən EBRD-yə rəsmi müraciət olunub.
Qeyd edək ki, «Kredo Bank» bununla yanaşı digər beynəlxalq maliyyə qurumları ilə də analoji danışıqlar aparır.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» 1994-cü ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 37,074 mln. manat, kredit portfeli 25,302 mln. manat, depozit portfeli 9,071 mln. manat, məcmu kapitalı 13,776 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 13 filialı fəaliyyət göstərir və bunun 7-si regionda (Xaçmaz, Göyçay, Quba, İsmayıllı, Masallı, Gəncə və İmişli) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR