Bank Of Baku

«Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları»na əlavələr edilib

«Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları»na əlavələr edilib
# 16 aprel 2009 14:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları»na dəyişiklik və əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Əlavələrə əsasən, gömrük orqanlarına gömrük qiymətləndirilməsi məqsədi ilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyini və ya düzgünlüyünü araşdırmaq hüququ verilib. Digər yenilik isə ondan ibarətdir ki, məhkəmə qərarı istisna olmaqla, deklarantdan icazəsiz məlumatlar digər dövlət orqanları da daxil olmaqla üçüncü şəxsə verilə bilməz. Gömrük orqanı, deklarantın yazılı sorğusuna əsasən malların gömrük dəyərinin necə müəyyən edilməsi haqqında ona yazılı izahat verməlidir.
Bununla yanaşı bildirilir ki, mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən əlavə vəsaitin məbləği müəyyənləşdirilərkən aşağıdakı xərclər gömrük dəyərindən çıxılmalıdır: sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra qiymətləndirilən mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım göstərilməsindən yaranan istənilən xərc və ödənişlər, qiymətləndirilən malların gömrük ərazisinə gətirildikdən sonrakı daşınma və sığorta xərcləri, gömrük ərazisində ödənilməli olan rüsum və vergilər.
Qeyd edək ki, qərara dəyişikliklər əsasən texniki və redaktə xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR