Bank Of Baku

Azərbaycanda mənfəət və gəlir vergisi bəyannaməsini vergi ödəyicilərinin 92%-i təqdim edib

Azərbaycanda mənfəət və gəlir vergisi bəyannaməsini vergi ödəyicilərinin 92%-i təqdim edib
# 16 aprel 2009 14:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda 2008-ci il üzrə mənfəət və gəlir vergisi bəyannaməsini təqdim etməli olan 17 757 vergi ödəyicisindən 16 275-i və ya 91,7%-i bəyannamələrini vaxtında təqdim edib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Ayrıca mənfəət vergisi bəyannaməsini təqdim etməli olan 12 835 vergi ödəyicisindən 11 566-sı (90,1%), gəlir vergisi bəyannaməsini təqdim etməli olan 4 922 fiziki şəxsdən 4 709-u (95,7%) öz bəyannaməsini vaxtında təqdim edib. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə mənfəət vergisi bəyannaməsini vaxtında təqdim etmiş vergi ödəyicilərinin sayı 2 994 vahid və ya 34,9%, gəlir vergisi bəyannaməsini vaxtında təqdim etmiş vergi ödəyicilərinin sayı 1 944 vahid və ya 70,3% artıb.
Ötən il mənfəət və gəlir vergisi bəyannamələrinin elektron formada təqdim edilməsi səviyyəsi əvvəlki ilə nisbətən 2 dəfəyədək artıb. Belə ki, mənfəət vergisi üzrə 10 803 bəyannamə (təqdim edilmiş bəyannamələrin 93,4%-i), gəlir vergisi üzrə 2 759 bəyannamə (58,6%-i) elektron formada internetlə göndərilib.
Qeyd edək ki, Azərbaycanda hüquqi şəxslər mənfəət vergisi bəyannaməsini, fiziki şəxslər isə gəlir vergisi bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR