Bank Of Baku

«Turan Bank» son bir ildə aktivlərini 15% artırıb

«Turan Bank» son bir ildə aktivlərini 15% artırıb
# 16 aprel 2009 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 80,563 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 14,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 15% azalaraq 20,982 mln. manat, kredit portfeli isə 15,1% artaraq 64,69 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 24% artaraq 18,803 mln. manata, o cümlədən nizamnamə kapitalı 21,4% artaraq 17 mln. manata çatıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 52% artaraq 4,174 mln. manat, xərcləri isə 55% artaraq 3,228 mln. manat olub. Nəticədə, bankın mənfəəti 43% artaraq 946 min manat təşkil edib.
Bundan başqa, bu dövr ərzində bank əlavə 8 mübadilə məntəqəsi açıb, həmçinin 1 bankomat və 9 POS-terminal quraşdırıb. Eyni zamanda, bankda çalışan işçilərin sayı 20% artaraq 191 nəfərə çatıb.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 23 mübadilə məntəqəsi, 9 bankomatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR