Bank Of Baku

Azərbaycanın nağd valyuta bazarında yalnız Rusiya rublu üzrə satış alışı üstələyir

Azərbaycanın nağd valyuta bazarında yalnız Rusiya rublu üzrə satış alışı üstələyir
# 17 aprel 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin yanvar-fevral ayları ərzində bank sistemi vasitəsi ilə əhali tərəfindən 126 897 700 Rusiya rublu məbləğində nağd rubl üzrə əməliyyat aparılıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bunun 94 365 100 rublu satış, 32 532 600 rublu isə alış əməliyyatlarının payına düşüb.
Ötən ilin ilk iki ayı ilə müqayisədə nağd rubl üzrə əqdlərin həcmi 46,2%, o cümlədən satış 34,3%, alış isə 2 dəfə artıb. Eyni zamanda, göründüyü kimi, əhali tərəfindən satılan rubl kütləsi alışın həcmini 2,9 dəfə üstələyib.
Müqayisə üçün qeyd edək ki, yanvar-fevral ayları ərzində əhalinin dollar üzrə alış əməliyyatları satışın həcmini 6 dəfə, avro üzrə 15,8 dəfə, funt sterlinq üzrə 8,5 dəfə üstələyib. Bu valyutalar üzrə satış və alışın bu cür nisbəti pərakəndə idxal, işgüzar və şəxsi səfərlər və valyuta yığımları məqsədi ilə Azərbaycan daxilində həyata keçirilən valyuta əməliyyatlarının nəticəsidir.
Rublla əməliyyatların əks nisbəti isə həm valyuta ilə həyata keçirilən əməliyyatların məqsədlərinin digərlərindən fərqlənməsi ilə izah oluna bilər. Belə ki, əhali tərəfindən nağd rubl satışının əsas hissəsi Rusiyadan qayıdan şəxslər tərəfindən pul qalıqlarının manata konvertasiyasının payına düşür. Bu səbəbdən də satışın həcmi nəzərə çarpan dərəcədə yüksəkdir. Eyni zamanda, əhali tərəfindən alınan rubl kütləsinin kiçik olması da müxtəlif məqsədlərlə Rusiyaya səfərə gedənlərin əsasən dollar və ya avro alması və həmin valyutanın yığım məqsədləri ilə istifadə etməməsi ilə əlaqəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR