Bank Of Baku

Elman Rüstəmov İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Elman Rüstəmov İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 17 aprel 2009 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibi Jan-Daniel Qerberin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə mövcud böhran şəraitində Azərbaycanda həyata keçirilən makroiqtisadi siyasətin əsas istiqamətləri və cari iqtisadi vəziyyət, AMB-nin yürütdüyü pul siyasəti ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, nümayəndə heyəti İsveçrənin bu sahədə gördüyü işlər, onların nəticələri ilə bağlı ümumi məlumat verib, Azərbaycanda böhran şəraitində həyata keçirilən siyasəti təqdirəlayiq hesab etdiyini, bir çox ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha qənaətbəxş olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə əməkdaşlığın AMB üçün önəmi və bu əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR