Bank Of Baku

BVF dolların dünya ehtiyat valyuta mövqeyini itirməsi üçün əsas görmür

BVF dolların dünya ehtiyat valyuta mövqeyini itirməsi üçün əsas görmür
# 17 aprel 2009 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) başçısı Dominik Stross-Kan dolların dünyada ehtiyat valyuta mövqeyini itirməsi üçün əsas görmür. “APA-Economics”in məlumatına görə, D. Stross-Kanın bəyan edib ki, valyutalar arasında balans dəyişikliyinin mümkünlüyü barədə düşünməyə heç bir əsas yoxdur.

BVF rəhbəri, həmçinin, vurğulayıb ki, dolların liderliyini hətta dünya maliyyə böhranından sonra da qoruyub saxlaması üçün bir sıra səbəblər var. D. Stross-Kan bu səbəbləri açıqlamasa da, onların bir neçəsi ilə bağlı fikir söyləmək mümkündür.
İlk növbədə, beynəlxalq analitiklərin fikrincə, maliyyə böhranı ən tez ABŞ-da başladığından zəifləmə də ən tez burada baş verəcək. Bu isə o deməkdir ki, məhz Amerika iqtisadiyyatı böhrandan sonra ilk olaraq sağlam istiqamət alacaq. Nəticədə, böhrandan sonrakı dövrdə ABŞ-ın iqtisadiyyatı və valyutası dünyanın digər ölkə və regionlardan daha güclü ola bilər. Digər tərəfdən dünya ehtiyat valyutası kimi dollara rəqib ola biləcək avro böhran şəraitində çox böyük dəyişkənliyə məruz qalıb ki, bu da həmin rəqibliyin tam gücü ilə aparıla biləcəyinə inamı zəiflədir. Bundan əlavə, dünyanın beynəlxalq ticarət məhsulları, o cümlədən neft, qaz, qızıl, platin, gümüş, taxıl, əlvan metallar və s. dünyanın ticarət meydanlarında dollarda nominallaşıb ki, bu da dolların dünya ehtiyat valyuta mövqeyinin daha bir göstəricisidir. Həmin məhsullar üzrə qiymət və kotirovkaların dollarda deyil, digər valyutada ifadə edilməsi isə hazırda real görünmür.

Xatırladaq ki, Rusiya, Çin və digər inkişafda olan ölkələr tərəfindən ehtiyat valyuta qismində dolların əvəz edilməsi zərurəti barədə bəyanat və təşəbbüslər hələ ki, elə bəyanat xarakteri daşıyır. Həmçinin qeyd edək ki, bir sıra Latın Amerikası ölkəsi tərəfindən ikitərəfli idxal-ixrac və maliyyə hesablaşmalarında yeni vahid valyutanın yaradılması təklifi dünya miqyaslı olmadığından sözügedən mövzuya aid deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR