Bank Of Baku

Latviyanın xarici işlər naziri: “Azərbaycanla iqtisadi münasibətlər pozitiv məcrada inkişaf edir”

Latviyanın xarici işlər naziri: “Azərbaycanla iqtisadi münasibətlər pozitiv məcrada inkişaf edir”
# 17 aprel 2009 10:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. 2008-ci ildə Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmi 15 milyon dollar təşkil edib. APA-nın məlumatına görə, Latviyanın xarici işlər naziri Maris Riekstinış bildirib ki, ölkələr arasında iqtisadi-ticari məsələlər pozitiv məcrada inkişaf edir və ticarət dövriyyəsində artım hiss olunur: “İqtisadi münasibətlər pozitiv məcrada inkişaf edir, Bakıya gələn və biznes-forumda iştirak edən Latviya iş adamlarının Azərbaycan iqtisadiyyatına marağı hiss olunur. Ölkələrimiz arasında ticarət münasibətlərinə gəldikdə isə qeyd etməliyəm ki, dünyada iqtisadi böhran olmasına baxmayaraq ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi artıb. Bu həm idxala, həm də ixraca aiddir. Ümumi rəqəmlərə görə biz daha yaxşı nəticələr əldə etmək istərdik. Perspektivlər var və düşünürəm ki, bu forum həmin perspektivləri ortaya çıxaracaq. Ötən il Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmi 15 milyon dollar təşkil edib. Bu rəqəm ilk baxışdan kiçik görünə bilər, lakin nəzərə alsaq ki, biz bu rəqəmə doğru irəliləməyə cəmi bir neçə il əvvəl başlamışıq, o zaman 15 milyon dollar pis rəqəm deyil. Bu işi davam etdirəcəyik. Latviya Azərbaycanla yüksək texnologiyalar, yeyinti sənayesi və bank sektoru sahəsində əməkdaşlığa maraq göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR