Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividentlər ödəməyə başlayır

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividentlər ödəməyə başlayır
# 17 aprel 2009 10:58 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bu gündən Azərbaycan Beynəlxalq Bankı (ABB) cari ilin ilk rübünün yekünları üzrə səhmdarlarına dividentlərin ödənilməsinə başlayır. Bu barədə “APA-Economics”ə bankın İdarə Heyətindən məlumat verilib.

Divident ABB-nin əksər səhmdarlarının plastik kartlarındakı cari hesablara köçürüləcək. Bundan başqa, kartları olmayanlar, bankın Nərimanov və Mərkəzi filiallarına müraciət edə bilərlər.

Xatırladaq ki, ötən il ABB aktivlərini 4 369,75 mln. manata, kredit portfelini 2 925,87 mln., mənfəətini isə 85 466,76 min manata çatdırıb. Bu il ölkənin ən iri bankı olan ABB aktivlərini ən azı 15% artıraraq 5 mlrd. manata, mənfəət göstəricisini isə iki dəfə çoxaldıb 174 mln. manata çatdırmağı planlaşdırır.

Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% pay isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB-nin səhmdarları 14 hüquqi şəxs və 1556 fiziki şəxsdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR