Bank Of Baku

«Paşa Bank» əmanətçilərin banka yatırdığı vəsaitlərin təhlükəsizliyinə dair növbəti proqram təminatı üçün lisenziya alıb

«Paşa Bank» əmanətçilərin banka yatırdığı vəsaitlərin təhlükəsizliyinə dair növbəti proqram təminatı üçün lisenziya alıb
# 17 aprel 2009 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Açıq Səhmdar Cəmiyyəti (ASC) «Microsoft» korporasiyasının server və ayrı-ayrı iş stansiyaları olan proqram təminatını, həmçinin mərkəzləşdirilmiş idarəolunmaya malik antivirus proqramlarını birləşdirən növbəti proqram təminatı üçün lisenziya əldə edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təqdim olunmuş proqram təminatı vasitəsilə müştərilərin «Paşa Bank»a qoyduğu vəsaitlərin təhlükəsizliyi təmin olunur. Qeyd edək ki, bankın proqram təminatı lisenziyaları üzrə tədarükçü «Softline İnternational» şirkətidir. «Paşa Bank» ASC «Softline İnternational» şirkəti ilə iki ilə yaxındır, əməkdaşlıq edir.
«Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin mart ayının 1-nə bankın aktivlərinin həcmi 204,344 mln. manat, kredit portfeli 48,125 mln. manat, depozit portfeli 87,942 mln. manat, məcmu kapitalı 112,583 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR