Bank Of Baku

«Günay Bank»ın depozit portfeli 35% azalıb

«Günay Bank»ın depozit portfeli 35% azalıb
# 17 aprel 2009 13:42 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin aprel ayının 1-nə 28,580 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 26% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 67,5% artaraq 31,582 mln. manat, depozit portfeli isə 35,4% azalaraq 5,307 mln. manat, o cümlədən müddətli depozitlərin həcmi 4,893 mln. manat olub.
Bu müddət ərzində bankın məcmu kapitalı 5,7% artaraq 11,759 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq artaraq 10,892 mln. manata təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə bankın gəlirləri 3,2% artaraq 1,304 mln. manata, xərcləri isə 53% azalaraq 432 min manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 2,5 artaraq 872 min manat olub.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR