Bank Of Baku

«UniBank» pul köçürmələri ilə bağlı yeni hədiyyə aksiyasına başlayıb

«UniBank» pul köçürmələri ilə bağlı yeni hədiyyə aksiyasına başlayıb
# 17 aprel 2009 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) pul köçürmələri ilə bağlı müştərilər üçün yeni hədiyyə aksiyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankda pulköçürmə sistemləri vasitəsilə pul vəsaiti göndərən və ya alan müştərilər əlavə bonuslar almaq imkanı əldə edirlər. Bir gün ərzində «UniBank»da 500 ABŞ dolları (Avro və ya 20 min rus rublu) və daha artıq məbləğdə pul vəsaitini göndərənlər və ya alanlar mobil telefonlar üçün skretç-kart (kontur kartı) şəklində bonus alacaqlar. Aksiya bankın bütün filialında (Gəncə, Sumqayıt, Şəmkir, Quba, Mingəçevir və Şəki regional filialları da daxil olmaqla) və «Gənclik» şöbəsində həyata keçirilir.

Qeyd edək ki, hazırda «UniBank» altı beynəlxalq pulköçürmə («Western Union», «Contact», «Migom», «Faster», «XPmoney» və «Bıstraya Poçta») sisteminin üzvüdür.
Xatırladaq ki, 2008-ci il ərzində «Unibank» vasitəsilə 27,5 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, 2,5 mln. dolları xaricə göndərilən vəsaitlərin payına düşüb.

Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 417,563 mln. manat, kredit portfeli 319,247 mln. manat, depozit portfeli 123,671 mln. manat, məcmu kapitalı 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR