Bank Of Baku

“FİNCA Azərbaycan” kredit portfelini 24,9% artırıb

“FİNCA Azərbaycan” kredit portfelini 24,9% artırıb
# 18 aprel 2009 11:52 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda mikromaliyyələşdirmə ilə məşğul olan aparıcı kredit təsisatlardan biri olan “FİNCA Azərbaycan” cari ilin ilk rübündə kredit portfelini 61,78 mln. ABŞ dollara çatdırıb. Bu barədə “APA-Economics”ə qeyri-bank kredit təşkilatında (QBKT) məlumat veriblər.

“FİNCA Azərbaycan” 2009-cu ilin yanvar-mart aylarında ayırdığı vəsaitlərın həcmini ötən ilin müvafiq dövründəki kredit portfelinə nisbətən 24,9% artırıb. Bu zaman QBKT-ən fərdi sürətdə vətandaşlar tərəfindən cəlb olunan kreditlərin həcmi dollar ekvivalentində 29,22 mln. təşkil edib. Həcmi 32,55 mln. dollara çatan kreditlərin qalan hissəsi isə kollektiv borcalmaların payına düşür. Təşkilatın məlumatına görə, yalnız cari ilin mart ayında borcalmaların məcmu göstəricisi 5,44 mln. dollara çoxalıb.

Qeyd edək ki, “FİNCA Azərbaycan”ın müçtərilərinin ümumi sayı bu ayın əvvəlinə 79 910 nəfərə çatıb. Həmçinin xatırladaq ki, 24 filial və 30 şöbəni birləşdirən şəbəkəyə malik olan bu QBKT-tının kredit portfeli 2008-ci ilin sonunda 67 mln. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR