Bank Of Baku

«Xalq Bank»ın aktivləri son bir ildə 52% artıb

«Xalq Bank»ın aktivləri son bir ildə 52% artıb
# 20 aprel 2009 06:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 386,153 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 52% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 46,6% genişlənərək 209,476 mln. manata, kredit portfeli 72% artaraq 341,894 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 76,3% artaraq 6,209 mln. manata çatıb.
Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 26% artaraq 62,311 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 53,550 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 2,4% artaraq 9,909 mln. manat, xərcləri isə 56% azalaraq 4,863 mln. manat olub. Nəticədə, bu ilin birinci rübündə bankın mənfəəti 5,046 mln. manat təşkil edib. Ötən ilin analoji dövründə isə bank 1,409 mln. manat zərərlə işləyib.
Bundan başqa, son bir il ərzində bank tərəfindən 4 filial açılıb, həmçinin 9 bankomat və 17 POS-terminal quraşdırılıb. Bu müddət ərzində bankın işçilərinin sayı 54% artaraq 265 nəfərə çatıb.
Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 8 filialı, 24 bankomatı və 34 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR