Bank Of Baku

«Kapital Bank»ın depozit portfeli kəskin azalıb

«Kapital Bank»ın depozit portfeli kəskin azalıb
# 20 aprel 2009 06:50 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin 2009-cu ilin yanvar-mart aylarında əldə etdiyi mənfəət 6,83 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətindən məlumat verilib.

«Kapital Bank»ın məlumatına əsasən, ötən ilin I rübünə nisbətən bankın mənfəəti 2,9 dəfə artıb. Ötən il bankın xalis mənfəəti 3,443 mln. manat olub. Eyni zamanda, aprelin 1-nə depozit portfeli 174,91 mln. manata çataraq cari ilin əvvəlindən 307,064 mln. manat və ya 63,71% azalıb. Əhalinin əmanətləri birinci rübün yekunlarına görə, 123,90 mln. manat, o cümlədən tələb olunanadək - 48,78 mln. manat, müddətli - 75,12 mln. manat təşkil edib.

Qeyd edək ki, «Kapital Bank»ın məcmu kapitalı ilin əvvəlindən 6,74% artaraq, 76,76 mln. manata, o cümlədən nizamnamə kapitalı 24 mln. manata bərabər olub.

Xatırladaq ki, 2008-ci ildə aktivlərini 577,6 mln. manata çatdıran «Kapital Bank» Azərbaycanın ən iri bank təşkilatlarından biridir. SSRİ dövründə əmanət kassaları qismində fəaliyyət göstərən bu kredit institutu bir müddət Birləşmiş Universal Səhmdar Bankı brendi altında işləyib. Sonradan üç dövlət bankı - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində «Kapital Bank» ASC yaradılıb.

Bankın səhmdarları rolunda «AtaHoldinq» (35%), «Azərsun Holdinq» (15%), «Paşa Holdinq» (15%), «Xalq Bank» (20%), «Xalq Sığorta» (7,5%), fiziki şəxslər (5%), əmək kollektivi üzvləri (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR